
Bu gün saat 11.00 da 1 nəfər anonim şəxs Abşeron rayon polis idaresinə zəng vuraraq rayonun Hökməli qəsəbəsində yol kənarında olan zibil qutusunda silah sursatın olması barədə məlum verib. Dərhal daxil olan məlumat əsasında əməliyyat qurupu yaradılaraq sözügedən ünvana baxış keçirilib. Zibil qutusunun içərisində sellofan torba aşkarlanaraq idarəyə gətirilib. İdarədə sellofan torbaya baxış keçirən polis əməkdaşları oradan nömrəsiz bir ədəd AK 47 avtomat 2 ədıd ona məxsus sandıqça ve 46 ədəd patron götürülüb. Bundan başqa torbada 1 ədəd F1 əl qumbarası həmçinin ona məxsus 15 ədəd alışqanı götürülmüşdür. Döyüşə hazır vəziyyətdə olan silah -sursat ballistik espertiziya üçün yoxlanışa göndəriləcək. Odlu silahın hər hansı bir cinayətdə adının hallanıb hallanmaması isə yoxlanılacaq. Faktla bağlı araşdırma aparılır.