Bakıdakı ABŞ və Ukrayna səfirləri görüşüblər - PAYLAŞIM

“ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilmiş cənab Mark Libbi ilə bizim ilk görüşümüz oldu”.

 

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski X-də paylaşıb.

 

“Onu ABŞ-ın Azərbaycana növbəti səfiri təyin olunması münasibətilə təbrik etdim. Ukrayna və ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edildi”, – səfir əlavə edib.