“Bakıdakı bəzi məktəblər istiliklə lazımi səviyyədə təmin olunmur” - Bakı Şəhər Təhsil İdarəsi şikayətləndi

  • By admin
  • 28 Noyabr 2016 10:20

bak-teh

Son zamanlar havaların kəskin soyumasıyla əlaqədar olaraq Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərdən bəzilərində istilik sistemi ilə bağlı problemlərin yaranması barədə məlumatlar yayılır. Hətta, sinif otaqlarının soyuq olması üzündən dərsə davamiyyətin zəiflədiyi də söylənilir.

Bununla əlaqədar  Bakı Şəhər Təhsil İdarəsinə Gununsesi.info-nun ünvanladığı sorguya cavab olaraq bildirilib ki, adıçəkilən idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 136 məktəb ”Azəristiliktəchizat” MMC tərəfindən mərkəzləşdirilmiş qaydada, 170 məktəb isə fərdi qazanxana vasitəsilə istiliklə təchiz edilir. Bəzi məktəblər qazın təzyiqinin aşağı olması səbəbindən istiliklə lazımi səviyyədə təmin olunmur. Bununla bağlı müvafiq qurumlar tərəfindən zəruri tədbirlər görülməkdədir və növbəti həftədən məsələ öz həllini tapacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə davamiyyətlə bağlı heç bir ciddi problem qeydə alınmayıb.

Anar

Gununsesi.info