Nazir: “Bakıdakı bütün villalar mənimdir” -SƏLİM MÜSLÜMOVDAN BLOGGERƏ CAVAB GƏLDİ

  • By admin
  • 07 Dekabr 2016 19:47

selim

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda dəbdəbəli villasının olması ilə bağlı internetdə yayılan görüntülərə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, nazir S.Müslümov jurnalistlərə açıqlamasında deyib ki, yayılan məlumatlar şər-böhtandır: “Mən belə şər-böhtanlara baş qoşmaq istəmirəm. Biz öz işimizlə məşğuluq. Yayılan videolardan belə çıxır ki, Bakıdakı bütün villalar mənimdir. Kim istəyir şəkillərini çəksin və altından da dediklərimi yazsın”.

Gununsesi.info