
Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının iştirakı ilə keçirilən konsertə gələn tamaşaçıların sayı açıqlanıb.
Gununsesi.org xəbər verir ki, konserti 30000-dən çox tamaşaçı izləyib.
Gecənin xüsusi qonağı hazırda Moskvada yaşayan populyar azərbaycanlı ifaçı Jony olub.
03:57
Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm konsert keçirilib.
Oxu.Az xəbər verir ki, konsertdə bir sıra tanınmış estrada ulduzları çıxış ediblər.
Miri Yusif, Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, Elşad Xose, Qurd, Jony tamaşaçılara maraqlı proqram təqdim ediblər.