Bakıda mağazalardan birinin qarşısında xoşagəlməz mənzərə kameraya tuş gəlib.
Gununsesi.info baku.ws istinadən xəbər verir ki, avtomobilin baqajında mağazaya ət gətirən şəxsi oxucularımızdan biri çəkərək redaksiyamıza göndərib.
Videonu saytımıza göndərən oxucumuz ətin “Fresco” market üçün gətirildiyini iddia edir.
Kadrlardan da göründüyü kimi qəssab küçənin ortasında əti hissələrə bölərək marketin arabasına doldurur.
Heç bir sanitar qaydalara uyğun olmayan ət kəsimi kadrları “Fresco” supermarketinin qarşısında qeydə alınıb.
Biz də öz növbəmizdə məsələyə aydınlıq gətirmək məqsədilə supermarketlə əlaqə saxladıq. Supermarketdən məsələni dəqiqləşdirərək ətraflı məlumat verəcəklərini bildirdilər.
Gununsesi.info