Bakıdakı Novruz bayramında nə qədər turist iştirak edib?- ƏBÜLFƏZ QARAYEV AÇIQLADI

Bakıdakı Novruz bayramında nə qədər turist iştirak edib?

“Bu ilin ilk 3 ayı ərzində Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 12,5% çox olub”.
Gununsesi.info xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, xüsusilə mart ayında ölkədə dincəlmiş turistlərin sayı illik müqayisədə çox olub: “Martda, təxminən, 13% artım olub. Novruz bayramına görə Azərbaycana xeyli sayda turist gəlib. Bayram münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu bir sıra tədbirlər keçirib. Bizim müşahidələrimizə görə, şəhərdəki Novruz şənliklərində 1-1,5 mln. insan iştirak edib. Bu, olduqca yaxşı rəqəmdir. Hesab edirəm ki, turizmin inkişafında düzgün istiqaməti tutmuşuq”.
Gununsesi.info 

COMMENTS