Bakıdakı qəzalarda ölənlərin sayında ciddi artım…

  • By admin
  • 09 İyul 2017 10:45

avtoqeza
Bu ilin birinci yarısında paytaxt ərazisində 297 yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu fikir Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində səsləndirilib.

Diqqətə çatdırılıb ki, hadisələr nəticəsində 84 nəfər ölüb, 264 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8 faiz, xəsarət alanların sayı isə 22,8 faiz azalsa da, ölənlərin sayı 15,1 faiz artıb.

Gununsesi.info