Bakıdakı toz dumanının miqdarı ilə bağlı son durum

  • By admin
  • 30 Mart 2018 19:18


Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarı sanitar norma həddinə enib.

Gununsesi.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Report-a deyib.

M.Avazova bildirib ki, yağış yağacağı təqdirdə havada toz dumanının miqdarı sanitar norma həddindən də aşağı düşəcək.

Qeyd edək ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyən edilib. Buna ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olması səbəb olub.

Gununsesi.info