Bakıda yerləşən Türkiyə səfirliyinin qarşısında ölkə lideri Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin ikinci turundakı qələbəsi qeyd edilir.
Xatırladaq ki, artıq səslərin 98%-i hesablanıb. Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 52,12 faiz səs qazanıb.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,88 faiz səs toplayıb.
Gununsesi.info