Bakıdakı yardım aksiyasının ünvanı dəyişdirildi

  • By admin
  • 08 Fevral 2023 10:54

Bakıda Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım toplanılması mərkəzinin ünvanı dəyişib.

Bu barədə Türkiyə səfirliyindən məlumat verilib.

Bildirilib ki, yardımla bağlı Babək prospektində yerləşən “Doğtaş” qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması məqsədilə dəyişdirilib.

Yardım aksiyası Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində davam etdiriləcək.

Həmçinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib. RİİB könüllüləri 8-14 fevral tarixlərində saat 11:00-dan 20:00-dək Bakı İdman Sarayında (Neftçilər prospekti 26a) Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirəcək.

Gununsesi.info