Bakıdakı yaşayış binaları yoxlanılacaq - BAŞ NAZİR GÖSTƏRİŞ VERİB/ özəl

Türkiyədə baş verən faciəvi zəlzələdən sonra Azərbaycanda inşa olunan yüksək mərtəbəli yaşayış binalarının ekspertizası aparılacaq.

Bu barədə Gunusesi.info-ya hökumətdəki mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki , Baş nazir Əli Əsədovun göstərişi ilə Fövqəladə Hallar Nazirliyi və aidiyyatı qurumlar Bakı şəhərində inşa olunmuş yaşayış binalarının zəlzələyə davamlılığı və yerləşdiyi ərazidəki seysmik durumu araşdıracaqlar.
Adil Elxanoğlu
Gununsesi.info