Bakıdan Bolqarıstana avtobusla sərnişin daşınacaq – DETALLAR

  • By admin
  • 25 İyun 2016 12:07

beynelxalq avtovagzal

 

HTML tutorial

Bakı Beynəlxalq Avtovağzalı iyul ayının 1-dən etibarən beynəlxalq sərnişindaşıma sahəsində yeni istiqamət üzrə marşrut xəttini istifadəyə verir.

Gununsesi.info xəbər verir ki,bu barədə Milli.az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmqanqızı məlumat verib.
Onun sözlərinə görə, Türkiyənin “Metro Turizm” şirkəti ilə bağlanan müqaviləyə əsasən, növbəti aydan  Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçiriləcəkdir. Artıq Bolqarıstana sərfəli qiymətlə və komfortlu avtobuslarla səyahət etmək daha asan olacaq.

Həftənin 2-4-6-cı günləri həyata keçiriləcək reyslərdə biletin qiyməti 130 AZN təşkil edir.

Qeyd edək ki, Azərbaycanla Bolqarıstan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur.