Bakıdan ilk reaksiya: “Alman nəsilləri bu səhvə görə Türkiyədən üzr istəyəcəklər”

  • By admin
  • 02 İyun 2016 17:32

 aYDIN mIRZEZADE

 

Bu gün Almaniya Bundestaqında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə qəbul edilib.

Gununsesi.info xəbərverir ki, məsələyə münasibət bildirən millət vəkili,politoloq Aydın Mirzəzadə qərarı Almaniyanın müasir dövrünün ən böyük səhvi hesab edib: “Nə zamansa gələcək alman nəsilləri bu səhvə görə Türkiyədən üzr istəyəcəklər.

Əslində qərar qardaş Türkiyənin müstəqil siyasətinə təzyiq formasıdır və məqsəd Türkiyənin birləşmiş Avropaya yolunu kəsməkdir. Qərarın  qəbulunda ən ağrıdıcı məqam qondarma “erməni soyqırımı” iddialarının fəal dəstəkçilərindən birinin Yaşıllar Partiyasının lideri milliyətcə C.türk olan Özdemirin olması və qərara lehinə səs verməsidir.  Türk oğlu Özdəmir öz xalqına çirkab atanlardan biri oldu, o siyasi karyerasını milli kökündən və anasının ruhundan üstün tutdu. Görünür vaxtında kimlərsə ona şərəfin hər şeydən üstün olduğunu deməyi unudublar”.

Gununsesi.info