Bakıdan İstanbula yola düşən təyyarələr eniş edə bilmədi

  • By admin
  • 19 Mart 2022 22:48

“Buta Eyrveys” aviaşirkətinin Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək J2-9103 reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikir.

Gununsesi.info xəbər verir ki, İstanbul hava limanında güclü qar müşahidə olunur.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin edilirlər.

***

Bakıdan İstanbula yola düşən “Buta Eyrveys” aviaşirkətinin təyyarələri (J2-9103 və J2-9105 reysləri) əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen hava limanına eniş edə bilməyib.

Hava gəmisi kapitanları İzmir hava limanına enməyə qərar veriblər.

İstanbul hava limanının fəaliyyəti bərpa olunduqdan dərhal sonra təyyarələr İzmirdən yola düşəcək.

Gununsesi.info