Bakıdan Qaxa istirahətə gedən ailə qəzaya düşüb

Bakıdan Qaxa istirahətə gedən ailə avtomobil qəzasına düşüb.

Gununsesi.info-ya istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qaxın Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini, 29 yaşlı Elşən Abdullayev avtomobilin idarəetməsini itirib və nəticədə avtomobil yoldan çıxaraq öncə ağaca dəyib, daha sonra isə aşıb.

Qəza zamanı sürücü Elşən Abdullayev və onun atası, 70 yaşlı Eldar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, avtomobildə sürücünün anası da olub, lakin qadın xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info