“İyunun 1-dən sonra ticarət mərkəzlərinin və rayonlara gediş-gəlişin açılması müzakirə olunacaq”.
Gununsesi.org-un verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, çimərliyin açılması ilə bağlı bir problem görünmür: “İdman tədbirləri üçün iyunun 1-dən icazənin verilməsi gündəmdədir. Yaxın günlərdə bununla bağlı qərar açıqlanacaq”.