Bakıdan Rusiyanın şəhərlərinə avtobus reyslərinin sayı 15-ə çatdırılacaq

  • By admin
  • 20 Oktyabr 2016 17:07

avtobus-5

Rusiya ilə Azərbaycan arasında müntəzəm sərnişin avtobus reyslərinin sayı 15-ə çatdırılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə mətbuata Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev deyib.

O, bildirib ki, hazırda Bakı ilə Rusiyanın müxtəlif şəhərləri arasında 9 avtobus reysi mövcuddur. Sərnişin daşımalarının coğrafiyasının genişləndirilməsi tədbirləri çərçivəsində avtobus reyslərinin sayı 15-ə çatdırılacaq.

Gununsesi.info