“BakıKart” istifadəçilərinə şad xəbər- YENİLİK

“BakıKart” istifadəçilərinə şad xəbər

59edd84bc7c88_1kart metro

“BakıKart” nəqliyyat kartlarını “elektron pul kisəsi” vasitəsilə yükləmək mümkün olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə trend-ə Azərbaycanın ödəniş sistemi bazarındakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, bu xidmətdən hələlik korporativ müştərilər istifadə edə biləcək.

Mənbə əlavə edib ki, şirkətlər öz əməkdaşları üçün gediş kartı aldıqdan sonra aylıq olaraq “elektron pul kisəsi”nə müəyyən məbləğ keçiriləcək. Sərnişin kartı “BakıKart” ödəmə aparatlarına yaxınlaşdırdıqda məbləğ avtomatik kartın balansına keçəcək.

Gununsesi.info

COMMENTS