““Bakılı oğlanlar”ın hərəsinin öz biznesi var” – Bəhram Bağırzadə

Əfsanəvi “Parni iz Baku”nun yaranmasından 30 il, “Planet Parni iz Baku”nun yaranmasınsan isə 20 il ötür. Klubun üzvləri həmin dövrü necə xatırlayırlar? KVN teatrı tamaşaçıların görüşünə nə vaxt gələcək?

Gununsesi.info-nun məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-la təəssüratlarını bölüşən Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə artıq KVN teatrında fəaliyyətini davam etdirmədiyi deyib:

HTML tutorial

“Mən artıq bir neçə ildir ki, naşirliklə məşğulam. Bu gün – 2 aprel həm də Beynəlxalq Uşaq Kitabları Günüdür. Mənim peşəkar bayramımdır. Çünki son bir neçə ildə mən uşaq kitabları yazıb, nəşr etdirirəm. Artıq 53 kitabım çıxıb və hədəfim 100 kitab çıxarmaqdır. Digər kitabları da çıxartdıracam ki, bizim övladlarımız elmli, savadlı olsunlar. Pandemiya həyatımıza gələndən bəri konsertlər verə bilmirik, çıxışlarımız yoxdur, kinolara çəkilə bilmirik, lakin naşirliklə məşğul oluram.  Ötən gün Nizami Gəncəvi haqqında olan kitabım da işıq üzü gördü. Bundan başqa “İnstagram”da aktiv fəaliyyət göstərirəm, videoroliklər hazırlayıram, reklamlara çəkilirəm. Qısası, fəaliyyətdəyəm, yerimdə dayanmıram, dayanmaq fikrim də yoxdur”.

Sənətçi “Bakılı oğlanlar”ın əvvəlki kimi bir araya gəlmədiyini qeyd edib:

“Bakılı oğlanlar”ın hərəsinin öz biznesi var, işi, gücü var. Məncə, artıq 50 yaşında kişilər üçün təzədən Moskvaya getmək, çıxış eləmək  mümkün deyil. Onu cavanlar etməlidir, necə ki, biz 30 il bundan əvvəl elədik. Biz artıq istirahət edirik, başqa sahələrdə çalışırıq. Ola bilər ki, “Planet Parni iz Baku” KVN teatrında projelər olsun. O da ki, ancaq pandemiya bitəndən sonra”.

Gununsesi.info