Bakını bir-birinə qatan tələbə ki̇mdi̇r? - AÇIQLAMA + VİDEO

  • By admin
  • 10 Aprel 2023 20:38

Bakıda avtomobili arxa-arxaya sürən tələbə yüksək balla universitetə daxil olubmuş.

Bu barədə Baku TV-yə ADNSU-nun sözçüsü Bəhruz Nəzərov məlumat verib.

O qeyd edib ki, hadisəni törədən 20 yaşlı tələbə Rauf Cabbarbəyli 2020-ci ildə 572 balla ADNSU-ya qəbul olub:

“Orta səviyyədə təhsil alan tələbədir, bu vaxta kimi davamiyyət və hər hansısa insanla bir problem yaşamayıb”.

Daha ətraflı süjetdə:

19:16

“Sürücülük vəsiqəsi veriləndə tibbi arayış alınır. Amma insanın hansısa ağır xəstəliyə tutulması üçün bir ay belə bəs edir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkədə ötən gün Bakıda yolun əks istiqamətində maşın sürən, polisin saxla əmrinə tabe olmayan sürücü 20 yaşlı Rauf Cabbarbəylinin sürücülük vəsiqəsi ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirərkən deyib.

O bildirib ki, xəstə olan halda heç kim sürücülük hüququ əldə edə bilməz:

“Bəzi vətəndaşlar yazırdı ki, şəxs narkomandır. Bir qrup insan yazırdı ki, o necə sürücülük vəsiqəsi alıb və s. Amma qeyd edim ki, həmin şəxs sürücülük vəsiqəsi alan zaman heç bir pis vərdişi olmayıb, ona sağlamlıq haqqında tibbi arayış verilib. Sürücülük hüququ 10 il ərzində verilir. Bu 10 il ərzində o insan xəstəlik tuta bilər, narkotik maddə istifadəçisinə çevrilə bilər və s. digər bir çox hadisələr baş verə bilər. Bunu birmənalı sürücülük vəsiqəsinə bağlamaq düzgün deyil”.

R.Tağıyev onu da əlavə edib ki, biz müşahidə edirik ki, avtoxuliqanlıq edən şəxslərin 90 faizinin sürücülük hüququ yoxdur:

“Sürücülük hüququ olmadığı halda bəzi şəxslərin nəqliyyat vasitəsi idarə etdiyinin şahidi oluruq”.

Gununsesi.info