Bakının əsas yollarından biri genişləndirilir- FOTOLAR

Bakının əsas yollarından biri genişləndirilir

Bakının Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinədək olan istiqamətdə sıxlığın azaldılması məqsədi ilə təmir-tikinti işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Gununsesi.info-ya verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eninin böyüdülməsi məqsədi ilə döngə hissələrdə və hərəkət istiqaməti üzrə hər iki tərəfdə genişləndirmə işləri aparılır. Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən mövcud geri dönmə hissədə də genişləndirmə işləri görülür. Sözügedən işlər çərçivəsində geridönmə hissədə əlavə hərəkət zolağı yaradılır.

Bundan başqa prospektin sözügedən hissəsində sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək məqsədi ilə 1 nöqtədə cib”li hissə yaradılır.

İşlər tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə tam olaraq yekunlaşdırılacaq.

Gununsesi.info

COMMENTS