Bakının bəzi küçələrinə şəhidlərin adı verilib

Bakının bəzi küçələrinə şəhid adlarının verilməsi ilə əlaqədar iş aparılır.

Bu barədə Modern.az-ınsorğusuna cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən küçə adları ilə bağlı Komissiyadan məlumat verilib.

HTML tutorial

Komissiyanın sədr müavini Elmin İmanov bildirib ki, paytaxtın adları qəribə olan bəzi küçələrinin adı artıq dəyişdirilib:

“Hazırda Bakının rayon icra hakimiyyətlərinə rəsmi məktublar daxil olur, müvafiq rayonların ərazisində bir sıra küçələrə şəhid adlarının verilməsi ilə bağlı iş davam etdirilir.

Proses davam etdiyinə görə, bu gün əsas üstünlük verilən istiqamət orden və Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman adı almış şəhidlərimizin adlarının əbədiləşdirilməsidir”.

“Artıq xeyli küçənin adı dəyişdirilib. Şəhid valideynlərinin, ailələrin qaldırdığı məsələləri həssaslıqla qarşılayırıq. Amma bu yalnız qanunvericiliklə müəyyən edilir. İstənilən halda, araşdırmalarımız davam etdirilir və qəribə küçə adlarının daha bir hissəsinin dəyişdirilməsi də həyata keçirilə bilər”, – Komissiyanın sədr müavini qeyd edib.

Gununsesi.info