Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıacaq
Bakı Nəqliyyat Agentliyindən “Report”a verilən məlumata görə, paytaxtın Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq martın 14, 15, 16-da saat 00:00-dan 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.
Gununsesi.info