Bakının bu yaşıllıq zonasında ağaclar bir gecədə məhv edildi

  • By admin
  • 30 Oktyabr 2023 17:01

Xətai rayonu, Məhəməd Hadi 70 ünvanında uzun müddətdir ki, hasara alınmış yaşıllıq zonasındakı ağacları gecə ilə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist Vüsalə Rüstəmova sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, Məhəmməd Hadi küçəsi Xətai rayonunda yeganə ərazilərindəndir ki, boş sahəsi və yaşıllıq zolağı müəyyən qədər qalıb, amma abadlaşdırılmasına ehtiyac var.

“Xətai İcra Hakimiyyəti dəfələrlə bildirib ki, ərazi abadlaşırılıb, ağaclar əkiləcək. Amma park salınması gözlənilən ərazilərdə artıq böyük bir meyvə yarmarakası üçün obyekt tikilib, bir qədər aralıdakı ağacları kəsib bina tikiblər. Ərazinin yaşıllığı və boş sahələri hiss-hissə məhv edilir”, – deyə o əlavə edib.

Gununsesi.info mövzu ilə bağlı əlaqədar qurumların mövqeyini dərc etməyə hazır olduğunu bildirir.