Azərbaycan “Zəngəzur dəhlizi” deyilən məsələni regional kommunikasiyaların açılması ilə əlaqələndirərək irəli sürməyə çalışır.
Gununsesi.info musavat.com-a istinadən bildirir ki, bu barədə oktyabrın 5-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan deyib.
Bu hal, onun fikrincə, İrəvanla Bakı arasında münasibətlərdə böyük maneə və gərginlik yaradır.
“Bölgəmizdə hərbi-siyasi nöqteyi-nəzərdən yaşadığımız gərginlik kifayət qədər ciddi şəkildə qalmaqda davam edir”, – deyə Abramyan qeyd edib.