
Səhiyyə Nazirliyi ötən gecə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Gununsesi.org-a verilən xəbərə görə, baş verən yanğın zamanı hadisə yerinə gələn təcili tibbi yardım briqadasına hər hansı bir yanıq xəsarəti ilə müraciət edən olmayıb.
Təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə bir kişi və iki qadın yaxınlaşıb. Onlara yerində yardım göstərilib.
**
Fövqəladə Hallar Nazirliyi də Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb.
Yanğın zamanı Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyə olunub.
Gununsesi.org