Bakının mərkəzində evdən içi dolu seyf aparıldı

  • By admin
  • 17 Noyabr 2016 19:48

1441459780

 

Bakıda 40 yaşlı qadının evinə basqın edilib.

Gununsesi.info-nun Report-a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi ev 118 mənzil 1 ünvanında qeydə alınıb. Belə ki, 40 yaşlı Könül İbrahimovaya məxsus mənzilə naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Mənzildəki içərisində 8 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyası olan dəmir seyf aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Gununsesi.info