Bakının mərkəzində GÜCLÜ PARTLAYIŞ: yaralılar var

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Gununsesi.info-ya bildirib ki, Yasamal rayonu, “Alov qüllələri” hotelinin yaxınlığındakı məşələ nəzarət edən Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən iş aparılıb.

HTML tutorial

“Ehtiyatsızlıq səbəbindən qaz sızması baş verib. Nəticədə partlayış qeydə alınıb. Orada çalışan iki işçinin qəsarət alması barədə məlumat almışıq. Qeyd edim ki, sayğacdan sonrakı xətdə “Azəriqaz” İstehsalat Birliyinin heç bir nəzarət funksiyası yoxdur. Yəni məşələ qədər olan hissədə heç bir problem baş verməyib. Hər şey saz vəziyyətdə olub”, – o vurğulayıb.

xxx

Bakıda “Alov qüllələri” hotelinin qarşısında qaz sızmasından partlayış olub, xəsarət alanlar var.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hotelin qarşısında yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub.

Nəticədə 2 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info