Yasamal rayonunda, İncəsənət Universitetinin arxa tərəfində yerləşən meyvə dükanında yanğın başlayıb.
Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə briqadası hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən verilən məlumata görə, hazırda yanğınsöndürənlər ərazidədir. Yanğının qısa zamanda qarşısının alınması üçün iş aparılır. Yanğının əhatə dairəsi və dərəcəsi barədə əlavə məlumat veriləcək.