Bakının mərkəzində ikimərtəbəli bina uçdu – VİDEO

  • By arzu
  • 25 Noyabr 2019

Bakıda 2 mərtəbəli yaşayış binasında uçqun baş verib.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, son günlər yağan aramsız yağışdan sonra Nəsimi rayonu, Rəşid Bühbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli bina uçub.

Məlumata görə, həmin binada 20-yə yaxın ailə yaşayır və köhnə tikili olduğu üçün bina qəzalı vəziyyətdədir.
Aşan divar qaz xəttinin üzərində düşdüyü üçün qəza baş verib və hazırda ərazidə qazın verilməsində fasilə yaranıb.

 

 

 

 

 

Gununsesi.org