Bakının mərkəzində keçiriləcək konsert təxirə salındı

  • By admin
  • 06 İyul 2017 15:28

trend_baku_city_200814_1

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Bakının mərkəzində keçirilməsi planlaşdırılan konsertini təxirə salıb.

Gununsesi.info xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Retro Bakı” layihəsi şəhər sakinləri və şəhərin qonaqlarına  həftə sonu istirahətlərinin maraqlı keçməsi məqsədi ilə təşkil olunur. Konsert proqramının saat 18:00-da Fəvvarələr Meydanında keçirilməsi planlaşdırılırdı.

Tədbirin hansı səbəbdən təxirə salındığı bildirilməyib.

Gununsesi.info