Şəhər mərkəzində velosiped yollarının tikintisi davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Gununsesi.info-ya verilən məlumata görə, təşkil edilən velosiped yollarına iki komponentli boyaların vurulmasına artıq başlanılıb.
Bildirilib ki, şəhərin mərkəzi hissəsini əhatə edən 7.5 km uzunluqda velosiped yolunun 1.6 km-i artıq yekunlaşıb.
Qeyd edilib ki, Bakı şəhərinin Baş Planına əsasən, velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63.5 km, 2040-cı ilədək 251.2 km təşkil edəcək.
Gununsesi.info