Bakının mərkəzindəki kafenin işçilərindən qeyri-adi geyim - FOTO

  • By admin
  • 31 İyul 2017 13:54

568287

Bakının mərkəzində yerləşən kafelərdən birində ofisiantların geyimi diqqətimizi çəkib.

Gununsesio.info axşam.az-a istinadən bildirir ki, burada işçilərin geyindiyi köynəklərin arxasında heşteq işarəsi ilə işğal olunmuş rayonlarımızın adları yazılıb. Özü də bu adlar ingilis dilində verilib: #zangilanisazerbaijan, #shushaisazerbaijan

İşçilərdən bunu nə üçün etdiklərini soruşanda isə onlar turistlər üçün belə addım atdıqlarını bildiriblər. Onlar deyib ki, məqsədləri ermənilər tərəfindən işğal olunan rayonlarımızı əcnəbilərə tanıtmaq, onların əslində Azərbaycanın bir hissəsi olduğunu bildirməkdir.

Gununsesi.info