
Bakının məşhur şadlıq saraylarından biri olan Yeganə şadlıq sarayında insan sağlamlığı üçün ciddi təhlükə yaradacaq leş əti aşkarlanıb.
Gununsesi.info bildirir ki, qızdırmadan tələf olan heyvanların ətini şadlıq evinin rəhbərliyi toy məclisində insanlara yedirirmiş.
Qeyd edək ki, bu restoranın sahibi iş adamı Akif Rəhimovdur. Akif Rəhimovun adı daha əvvəl bir neçə qalmaqallı cinayət işləri ilə gündəmə gəlib.
Onun 17 yaşlı oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə ölümlə nəticələnən qəza törətmişdi. Qəzanı ilk dəfə Rəhimovların sürücüsünün törətdiyi bildirilsə də sonra həqiqət üzə çıxmışdı.
Akif Rəhimovun oğlu həbs edilib, ardınca məntəqətipli cəzaya məhkum edilən zaman isə məlum olmuşdu ki, Akif Rəhimov oğlunun törətdiyi qəzaya görə saxta ekspert rəyi almaq üçün 50 min manatdan çox rüşvət verib. Ondan rüşvət alan müstəntiq ölkədən qaçıb, köməkçisi isə həbs edilib.
Gununsesi.info