Bakının mərkəzində ağacları kəsib “parkovka” yaradıblar

  • By admin
  • 07 İyun 2022 11:00
Bakının mərkəzində, Səbail rayonunda, “AzərTac” Dövlət İnformasiya Agentliyinin köhnə binasının qarşısında ağacları kəsib avtomobil dayanacağı üçün yer düzəldiblər. 
Gununsesi.info bildirir ki, bu barədə tanınmış teleaparcı Qərib Azər Meta-da yazıb. Jurnalist bu addımı məmur özbaşınalığı adlandırıb.
“Bu özbaşınalığın pik nöqtəsidir. 50 metr aralığda yeraltı parkinq var. Amma məmur axı xalqın içi ilə 50 metr gedə bilməz, özünə yaraşdırmaz bunu… Gərək kabinetindən çıxıb dərhal xidməti avtomobilinə minsin.
Mən söz tapa bilmirəm, şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, camaatın yolunu kəsib özünə parkovka düzəldəsən? Bu qədərmi harınlaşma prosesi dərinləşib? Görəsən 200 metr aralığda yerləşən Səbayıl İcra hakimiyəti və Ekoloqiya Nazirliyi nə düşünürlər bu haqda? Yenə dövlət büdcəsindən 5-10 manat cərimə verməkləmi bitəcək məsələ?
Şokdayam açığı…”
Gununsesi.info