Bakının mərkəzində özünü binanın damından atmaq istədi

  • By admin
  • 29 Aprel 2021 16:08

Bakıda intihara cəhdin qarşısı alınıb.

Gununsısi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki , Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.