Bakının mərkəzində veteran futbolçu maşının altında qalıb öldü

  • By admin
  • 01 İyun 2021 15:55

“Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Şıxlarovu az öncə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “Chevrolet” markalı avtomobil vurub.

Şıxlarov hadisə yerindəcə keçinib. O, ekspertiza üçün morqa aparılıb.

Abdullayev veteranlar adından mərhumun ailəsinə başsağlığı verib.