“Azərişıq” ASC Nardaran, Bilgəh və Buzovna ( Albalıq yaşayış sahəsi) qəsəbələrində elektrik verilişi xətlərində aparılan yenidənqurma işlərini yekunlaşdırır.
Gununsesi.org xəbər verir ki, bununla əlaqədar bu gün saat 11:00-dan 14:00-a qədər adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yarana bilər.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlaçılardan üzr istəyir.