Bakının Qaradağ rayonunda gənc oğlan bıçaqlanıb

  • By admin
  • 10 İyul 2017 00:09

bicaqladi
Bakının Qarabağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında qeydə alınıb.
1988-ci il təvəllüdlü Nuriyev İslam Sübhan oğlu iki nəfərlə əlbəyaxa olub və nəticədə onlardan biri ona iki bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsində araşdırma aparılır.

Gununsesi.info