Bakının qüdrətini AŞPA-da gördüm – Erməni deputat

Birmengemdə keçirilən AŞPA Assambleyasında əsas məqsədimiz Ermənistanla bağlı mövcud qətnaməyə Qarabağa aid olan bəzi detalları əlavə etmək idi.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Ermənistanı ATƏT-də təmsil edən deputat Lilit Qalstyan bildirib.

O deyib ki, bununla bağlı heç bir irəliləyiş əldə edə bilməyiblər:

“AŞPA heç bir dəyişikliyi qəbul etmədi. Demək ki, mən ilk dəfə olaraq Bakının qüdrətinin bu cür mötəbər bir arenada qorunduğunun şahidi oldum. AŞPA-nın Assambleyasında erməni nümayəndə heyəti qətnaməyə Ermənistan və ya Dağlıq Qarabağla bağlı əlavələri daxil edə bilmədi. Ermənistanın belə bir ciddi beynəlxalq arenada təcrid olunması ilə də ilk dəfə idi üzləşirdim”, – deyə erməni deputat qeyd edib.

Gununsesi.info