Bakının tıxac problemi Milli Məclisdə müzakirəyə çıxarıldı

  • By admin
  • 30 Dekabr 2021 11:15

“Hər gün bir milyondan çox insan 2, 3, bəzən 4 saat tıxacda qalır. Əvəllər Bakıda pik saatı olurdu. Bilinirdi ki, səhər və ya axşam tıxaclar olur. İndi belə anlayış yoxdur. İstənilən saatda tıxacda qalırsan. Bunun səbəbi doğru idarə olunmamaqla bağlıdır. Bu işlə məşğul olan qurumlar 2022-ci ildə məsələni necə həll edəcəyinə parlament qarşısında məlumat verməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, indi intelektual idarəetmə yaratmaq əvəzinə primitiv cərimə yığma mövcuddur: “Nə dayanacaq, nə park, nə də ictimai nəqliyyatın alternativləri yaradıldı. Nəticədə, ictimai nəqliyyatı inkişaf etdirə bilmədik. Bir məmur səhər saat 09:00-da işdə olmalıdırsa, ən yaxşı halda 07:00-da yola çıxmalıdır. Çünki ictimai nəqliyyatda necə gedəcəyini bilmir. Hesab edirəm ki, bu problem həll olunmalıdır”.

Gununsesi.info