Bakının üç rayonunda su kəsiləcək

Magistral su xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Gununsesi.info bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

HTML tutorial

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Gununsesi.info