
Bakıda velosiped yolunun qurulması ilə bağlı tədbirlər davam etdirilir.
Gununsesi.info-nun məlumatına görə, bunu Bakı Nəqlıiyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, artıq Bakı Bulvarı ərazisində 7,5 kilometr velosiped yolu çəkilib:
“Bu proses davam etdirilir, 2023-cü ilə qədər Bakıda 63.5 kilometr uzunluğunda velosiped yolu olacaq. 2040-cı ildə isə Azərbaycanda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır”.
Gununsesi.info