Bakının yarısı qazsız qaldı

  • By admin
  • 29 İyul 2017 16:53

qaz-1
Bakının Yasamal, Səbail rayonlarında və Nəsimi rayonun bir hissəsində bu gün səhər tezdən qazın verilməsi dayandırılıb.

Gununsesi.info-nun xəbərinə görə, “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev virtualaz.org-a bildirib ki, paytaxtın bu rayonlarının qaz təchizatının dayandırılması 700-millimetrlik magistral qaz kəmərinin yenidən qurulması ilə bağlıdır.

O, qeyd edib ki, təmirçilər bütün işləri axşama qədər qurtaracaqlarına və qazın verilməsinin bərpa ediləcəyinə söz veriblər.

Bütün hallarda başa düşmək olmur: niyə qazı bakılıların mənzillərinə çatdıran boru kəmərlərində təmir işləri, bir qayda olaraq, məhz istirahət günləri aparılır?

Gununsesi.info