“Monitorinqlərin nəticəsi göstərir ki, ətraf mühitə atılan yanma məhsullarının, zərərli maddələrin nəticəsində atmosfer havasında karbon və kükürdün miqdarı dəfələrlə çoxalıb”.
Gununsesi.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşı Cəlayir Səmədov deyib.
O bildirib ki, havada kükürdün miqdarı normadan 4, karbon qazının miqdarı isə 12 dəfədən çoxdur.
Nazirliyin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşı Mirsalam Qəmbərov isə bildirib ki, monitorinqlər, tam araşdırmalar bitmədən, nəticə olmadan, səbəblər araşdırılmadan ictimaiyyətə açıqlama vermək olmaz: “İşlər bitəndən sonra nəticələr mütləq şəkildə ictimaiyyətə açıqlanır və açıqlanacaq”.
M.Qəmbərov xatırladıb ki, ötən dövrdə atmosfer havasının zərərli maddələrə məruz qalması ilə bağlı nazirlikdə araşdırma komissiyası yaradılıb və komissiya tərəfindən müvafiq monitorinqlər aparılıb: “Monitorinqlər nəticəsində Bakı şəhərinin müvafiq nöqtələrindən atmosfer havasından nümunələr götürülüb. Şəhərin 4 nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur. Bu səbəbdən də nazirlik tərəfindən bəzi müəssisə rəhbərlərinə rəsmi xəbərdarlıq edilib”.
Gununsesi.info