Bakıxanovun muzeyi təhlükə altındadır

  • By admin
  • 01 Avqust 2017 13:18

568664

Azərbaycanın dahi mütəfəkkiri, həmçinin tarixçi, alim, şair Abbasqulu Ağa Bakıxanovun Qubanın Amsar kəndindəki xatirə muzeyinin əsaslı təmirə ehtiyacı var. 

Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, 1999-cu ildə istifadəyə verilən bina illərdi dahi şəxsiyyətin izlərini özündə yaşadır. Bura sonuncu dəfə 2008-ci ildə əsaslı təmir olunub. Muzeydə onun “Gülüstan” elmi-ədəbi məclisinin eksponatları saxlanılır. Bundan əlavə muzeydə dahi müəllifinin əsərlərindən ibarət kitablar toplusu, xalçalar və əlyazmalar qorunur. Ziyarətçilər burada böyük şəxsin möhürünü də görə bilər.

Ümumilikdə isə muzeyin fondunda 300-dək eksponant qorunur. Muzeyi yerli və xarici qonaqlar ziyarət edir. Qış aylarında isə istilik sistemi olmadığı üçün tam fəaliyyət göstərə bilmir. Muzey rəhbərliyi bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.

Gununsesi.info