Bakıya 3 gün yağış yağacaq: – Xəbərdarlıq

Dekabrın 6-sı axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

“Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan xarakterli olacağı , çaylarda sululuğun artacağı ehtimal olunur”, – deyə məlumatda bildirilib

Gununsesi.info