Bakıya birbaşa aviareys açılacaq - Ulyanovskdan

  • By admin
  • 05 İyul 2016 17:48

146

 

 

Rusiyanın Ulyanovsk şəhərindən Bakıya birbaşa aviareys açılacaq.

Gununsesi.info xəbər verirki, bu barədə “Komsomolskaya pravda” qəzeti məlumat yayıb. Qeyd olunur ki, uçuşlar iyulun 15-dən sentyabrın 30-dək yerinə yetiriləcək və həftədə bir dəfə olmaqla cümə günü baş tutacaq. Uçuşun müddəti isə 2 saat 45 dəqiqədir.

Qeyd edək ki, bu vaxta qədər Ulyanovsk sakinləri Bakıya Kazan-Bakı aviareysi ilə səfər edə bilirdilər.

Gununsesi.info