“Neftçi”ni güclü komanda kimi tanıyırıq. Ancaq bundan da yaxşı klublarla qarşılaşmışıq”.
Gununsesi. info xəbər verir ki, bunu Tbilisi “Dinamo”sunun futbolçusu Giorgi Kutsiya Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Neftçi” ilə keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
Sabahkı qarşılaşmadan danışan 22 yaşlı yarımmüdafiəçi Bakıya qələbə üçün gəldiklərini bildirib:
“Buraya gəlişimizin səbəbi “Neftçi”nin zəif cəhətlərini tapmaq, ondan yararlanmaq və qələbə qazanmaqdır”.
Qeyd edək ki, iyulun 14-də “Bakcell Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq.
Gununsesi. info